DÜNYA ÖZ XƏBƏR

İsrail İrana qarşı istənilən vaxt güc tətbiq edə bilər – rəsmi açıqlama

İsrail hökuməti yəhudi dövlətinin təhlükəsizliyi naminə İrana qarşı istənilən vaxt və istənilən yerdə güc tətbiq etmək variantını istisna etmir.

32gun.az bildirir ki, bu barədə TASS agentliyinə İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Hendelman məlumat verib.

"İsrail... öz təhlükəsizliyi naminə hər zaman və hər yerdə hərəkət edəcək", – deyə o, ölkənin İrana qarşı güc tətbiq etməyə hazır olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.

Bu gün ABC News telekanalı İsrail hakimiyyətinin yaxın günlərdə İrana zərbə endirmək barədə göstəriş verə biləcəyini açıqlayıb. Məsələ ilə bağlı danışan üç mənbə Vaşinqtonun bu planlarda iştirak edib-etmədiyini bilmədiklərini bildiriblər. Lakin onların sözlərinə görə, ABŞ İsrailə kəşfiyyat məlumatı təqdim etmiş ola bilər.

12 iyun tarixində İranın İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlamı İsrailin mümkün hücumu ilə bağlı yayılan xəbərlər fonunda bəyan edib ki, İranın cavabı əvvəlkindən daha “güclü və dağıdıcı” olacaq.

Bir gün əvvəl New York Times yazmışdı ki, İran hökuməti İsrailin İslam Respublikasının nüvə obyektlərinə mümkün zərbəsinə cavab planını hazırlayıb. Adı açıqlanmayan mənbənin bildirdiyinə görə, ölkənin hərbi və mülki rəhbərliyi artıq əks-hücum planını müzakirə edib.

Ayaz 

Oxşar Xəbərlər