1930-cu illərdə SSRİ-də Serqey Bruxonenkonun rəhbərliyi ilə alimlər tərəfindən mübahisəli elmi təcrübə həyata keçirilib.
32gun.az xəbər verir ki, Onlar “avtojektor” adlı aparat vasitəsilə bədəndən ayrılmış itin başına qan və oksigen ötürərək onu süni şəkildə yaşatmağa nail olublar.
Bu cihaz ilk süni ürək-ağciyər aparatlarından biri hesab olunur.
Məlumata görə, başı bədəndən ayrılmış itdə həyat əlamətləri müşahidə olunub – göz qırpması, qulaq hərəkəti və stimullara cavab vermə kimi reaksiyalar qeydə alınıb. Təcrübə daha sonra 1940-cı illərdə çəkilmiş “Orqanizmlərin dirçəldilməsi üzrə təcrübələr” adlı təbliğat filmində nümayiş etdirilib.
Hərçənd bu təcrübə tibbi reanimasiya sahəsində irəliləyiş kimi təqdim olunub, heyvanlara qarşı qəddarlıq və etik prinsiplərin pozulması səbəbilə geniş tənqidlərə səbəb olub. Hadisə elmin sərhədləri və heyvanlar üzərində təcrübələrin məqbul olub-olmaması ilə bağlı uzunmüddətli mübahisələr doğurub.
Ayaz