Moskva şəhərində baş vermiş dəhşətli qətllə bağlı məhkəmə prosesində prokuror təqsirləndirilən şəxsə 13 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası verilməsini tələb edib.
32gun.az xəbər verir ki, bu barədə REN TV məhkəmə zalındakı müxbirinə istinadla məlumat yayıb.
Məlumata görə, cinayətdə təqsirləndirilən Albert Abdullin daha əvvəl məhkəmə iclaslarının qapalı keçirilməsini xahiş edib. O, digər dustaqlar tərəfindən təhdid olunduğunu bildirib, lakin bu tələb rədd olunub.
Hadisə yanvar ayında Moskvanın Kutuzovski prospektində qeydə alınıb. İstintaq müəyyən edib ki, Abdullin bir müddət aktyor Qoşa Kuçenkoya məxsus avtomobildə yaşayıb. Aktyorun bu barədə məlumatı olmayıb.
Abdullin həmin vaxt avtomobildə tanışı olan qadınla birlikdə spirtli içki qəbul edib və mübahisə yaranıb. O, qadına azı 26 bıçaq zərbəsi endirib. Qadın hadisə yerində ölüb. Cəsəd avtomobildə gizlədilib və yalnız 19 yanvar tarixində aşkarlanıb. Daha sonra şübhəli şəxs saxlanılıb.
Ayaz