Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiyaya səfəri ABŞ-ın keçmiş prezidenti Donald Trampın narazılığına səbəb olub.
32gun.az xəbər verir ki, bu barədə Financial Times nəşri G7 ölkələrindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Trampın Makrona qarşı narazılığı onun Kanadada keçirilən “Böyük yeddilik” (G7) sammitini vaxtından əvvəl tərk etməsinə təsir edib.
Adı açıqlanmayan britaniyalı məmur bildirib ki, ABŞ-ın sabiq prezidenti sadəcə G7-dən bezmişdi və daha məhsuldar bir işə fokuslanmaq istəyirdi.
Qeyd edək ki, 17 iyun tarixində Tramp Makronun “Tramp G7 sammitini İran-İsrail münaqişəsini həll etmək üçün tərk etdi” fikirlərini tənqid edib. Tramp həmin iddianın “yanlış” olduğunu bildirərək, Makronun onun Vaşinqtona dönüş səbəbini anlamadığını vurğulayıb. O əlavə edib ki, bu məsələ atəşkəslə yox, “daha böyük bir mövzu” ilə bağlıdır.
Xatırladaq ki, 15 iyun tarixində Emmanuel Makron Qrenlandiyanın paytaxtı Nuuka səfər edərək, adanı ziyarət edən ilk xarici ölkə lideri olub. Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir.
Ayaz