DÜNYA ÖZ XƏBƏR

Britaniya Çini ittiham edir - İrana gizli dəstək verməkdə

İsraillə İran arasında gərginliyin artdığı bir vaxtda Çin tərəfinin İrana gizli şəkildə nəqliyyat təyyarələri göndərdiyi bildirilir.

32gun.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Telegraph nəşri məlumat yayıb.

Məlumata görə, İrana iki “sirli” hərbi nəqliyyat təyyarəsi daxil olub. Onlardan biri Şanxaydan havaya qalxıb. Təyyarələr Çin ərazisinin şimalından keçərək Qazaxıstan, Özbəkistan və Türkmənistan üzərindən uçub və İran sərhədlərində radarlardan itib. Onların sənədlərdə göstərilən təyinat məntəqəsi isə Lüksemburq olsa da, ora heç vaxt çatmayıblar.

Hadisə fonunda Çin ABŞ-ın sabiq prezidenti Donald Trampı İsrail-İran münaqişəsini daha da alovlandırmaqda ittiham edib. ABŞ tərəfi isə hal-hazırda bu qarşıdurmaya qoşulma ehtimalını nəzərdən keçirir.

Xatırladaq ki, 13 iyun gecəsi İsrail “Qalxan şir” adlı əməliyyata başlayaraq İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. İran cavab olaraq “Doğru vəd – 3” əməliyyatına start verib və İsrailin hərbi hədəflərinə zərbələr endirir.

Hər iki ölkədə hücumlar nəticəsində onlarla insan xəsarət alıb. Hərbi əməliyyatlar qarşılıqlı olaraq davam edir.

Ayaz 

Oxşar Xəbərlər