İran İslam İnqilabı Keşikçiləri Korpusu (KŞİR) son hücum zamanı İsrailin hava məkanına tam nəzarət etdiyini açıqlayıb.
32gun.az bildirir ki, İranın rəsmi IRNA agentliyinin məlumat yayıb.
KŞİR-in bəyanatında bildirilir ki, gecə saatlarında həyata keçirilən hücumlar zamanı İran ordusu İsrailin hava məkanını tam şəkildə nəzarətə götürüb. Qurumun iddiasına görə, İsrail əhalisi İran raket zərbələri qarşısında tamamilə müdafiəsiz qalıb.
Qeyd edək ki, 18 iyun tarixində Təl-Əvivdə İsrailin hava hücumundan müdafiə sisteminə məxsus bir raketin istiqamətdən yayınaraq yerə düşdüyü bildirilib.
Xatırladaq ki, 13 iyun gecəsi İsrail "Qalxan şir" əməliyyatına başlayaraq İranın nüvə və hərbi obyektlərinə zərbələr endirmişdi. Hücumlar əsasən nüvə silahı istehsalı ilə bağlı infrastruktura və İranlı generalların yerləşdiyi məntəqələrə yönəlib.
Ayaz