DÜNYA ÖZ XƏBƏR

Rusiya: Qərbin İranda hakimiyyəti devirmək cəhdləri yolverilməzdir

Rusiya Qərb dövlətlərinin İranda hakimiyyətin devrilməsi ilə bağlı danışıq aparmasını və bu istiqamətdə fəaliyyət göstərməsini qəbuledilməz hesab edir.

32gun.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RT-yə verdiyi müsahibədə bildirib.

Peskov vurğulayıb ki, bu mövzunun gündəmə gətirilməsi belə Rusiya üçün yolverilməzdir:
"Prezident (Vladimir Putin – red.) beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bu məsələ ilə bağlı sual aldıqda dedi: 'Mən bu haqda danışmaq belə istəmirəm'. Bu, məsələnin bizim üçün tam qəbuledilməz olduğunu göstərir. Biz bunu yolverilməz sayırıq", – deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 19-da Vladimir Putin İranın ali lideri ayətullah Əli Xameneinin aradan götürülməsi ssenarisini müzakirə etməyi qəti şəkildə rədd edib.

Xatırladaq ki, İsraillə İran arasında gərginlik iyunun 13-nə keçən gecə artıb. Həmin vaxt İsrail "Qalxan şir" adlı əməliyyata başlayaraq İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. Hədəflər arasında nüvə silahı hazırlığı ilə bağlı infrastruktur və İran generallarının yerləşdiyi məntəqələr olub.

Ayaz 

Oxşar Xəbərlər