DÜNYA ÖZ XƏBƏR

ABŞ İranın Fordo nüvə obyektinə dünyanın ən güclü qeyri-nüvə bombası ilə zərbə endirə bilər

ABŞ yaxın günlərdə İranın nüvə obyektinə zərbə endirə bilər.

32gun.az xəbər verir, bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, söhbət GBU-57A/B MOP (Massive Ordnance Penetrator) adlı, çəkisi 30 ton olan, qeyri-nüvə “bunker-buster” bombasından gedir. Bu bomba yüksək dəqiqliklə yüzlərlə metr dərinlikdə yerləşən möhkəmləndirilmiş obyektləri məhv etmək gücünə malikdir. Onun daşınması üçün B-2 Spirit tipli stels bombardmançısından istifadə edilə bilər.

Hərbi analitik Robert Pape hesab edir ki, Fordo obyektinin tamamilə məhv edilməsi üçün ən azı iki bombanın eyni nöqtəyə dəqiq düşməsi tələb olunur.

Bundan əvvəl bəzi yüksək vəzifəli ABŞ rəsmilərinin yaxın günlərdə İrana qarşı mümkün hərbi zərbə ilə bağlı hazırlıqlara başladığı bildirilmişdi. Müzakirə edilən planların artıq qarşıdan gələn həftəsonuna nəzərdə tutulduğu qeyd edilir.

Hazırda bir sıra federal qurumlar bu ssenariyə hazırlaşsa da, Ağ Ev rəsmi olaraq bu barədə heç bir açıqlama verməyib.

Ayaz 

Oxşar Xəbərlər