HADİSƏ ÖZ XƏBƏR

Zərdab–Ucar yolunda qəza – avtomobil yol kənarına düşdü

Zərdab–Ucar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"32gun.az"ın əldə etdiyi məlumata görə, "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına çıxarıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub. Qəzanın səbəbləri araşdırılır. Yaralananlar barədə dəqiq məlumat yoxdur.

Ayaz 

Oxşar Xəbərlər