DÜNYA ÖZ XƏBƏR

SEPAH-ın sabiq kəşfiyyat rəhbəri Hüseyn Taebin öldürüldüyü iddia olunur - müsahibə verdikdən sonra

İranın SEPAH kəşfiyyatının keçmiş rəhbəri və təşkilatın hazırkı komandanının müşaviri Hüseyn Taebin öldürüldüyü bildirilir.

32gun.az xəbər verir ki, bu barədə ilk olaraq İran mediası məlumat yayıb. Lakin maraqlıdır ki, ölkənin dövlətə bağlı xəbər agentlikləri xəbəri yayımladıqdan qısa müddət sonra siliblər.

İddiaya görə, cümə günü axşam saatlarında Taeb bir xəbər kanalında canlı yayıma qatılıb və müsahibəsinin bitməsindən dərhal sonra öldürülüb.

Hadisənin detalları və şəraiti hələlik naməlum olaraq qalır. İran hakimiyyətindən isə məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Hüseyn Taeb uzun illər İranın təhlükəsizlik sistemində mühüm fiqur kimi tanınıb və SEPAH daxilində təsirli şəxslərdən biri hesab olunurdu.

Nilay 

Oxşar Xəbərlər