.jpg)
NATO-nun 24–25 iyun tarixlərində Haaqada keçiriləcək sammiti ərəfəsində ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyasından Avropa liderlərinə Ukraynada sülhə nail olmaq üçün konkret plan təqdim etməsi tələb olunur.
32gun.az xəbər verir ki, bu barədə Kuinsi İnstitutunun professoru Anatol Liven Responsible Statecraft nəşrindəki məqaləsində yazıb.
Livenin fikrincə, Tramp mümkün qədər tez atəşkəsə nail olmaq üçün aydın və davamlı sülh şərtlərini təqdim etməlidir:
“Münaqişənin tezliklə başa çatdırılmasına yönəlmiş səylərin diqqətdən kənarda qalması Vaşinqtonu yeni bir böhranla üz-üzə qoya bilər. Bu, xüsusilə ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatları verməyə davam etdiyi bir dövrdə təhlükəlidir,” – deyə professor qeyd edib.
Professorun irəli sürdüyü sülh şərtlərinə bunlar daxildir:
– Rusiya əleyhinə sanksiyaların dayandırılması,
– Ukrayna konstitusiyasında neytrallıq prinsipinin bərpası,
– Ukraynanın NATO-ya üzvlük istəklərindən imtina etməsi.
Qeyd edək ki, bundan öncə Trampın komandasının NATO sammitinin yekun bəyanatında Ukraynanın mümkün qədər az xatırlanması ilə bağlı tələblə çıxış etdiyi bildirilmişdi.
Ayaz