
Moskvaya aid Troitsk inzibati dairəsində bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə ciddi yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bahalı Ferrari markalı idman avtomobili yol kənarına çıxaraq ağır zədələr alıb.
32gun.az bildirir ki, bu barədə 112 Telegram kanalı məlumat yayıb.
İlkin məlumata görə, Geely markalı avtomobilin sürücüsü Ferrari-ni görməyərək yüksək sürətlə ona çırpılıb. Toqquşma nəticəsində daha iki avtomobil də qəza zəncirinə düşüb.
Zərbənin təsirindən Ferrari kənara – xəndəyə düşüb. Avtomobilin sahibi xəsarət alsa da, xəstəxanaya yerləşdirilməkdən imtina edib. Yayımlanan görüntülərdə Ferrari-də hava yastığının açıldığı, ön şüşənin çatladığı və kuzov hissəsinin zədələndiyi aydın görünür.
Xatırladaq ki, bundan əvvəl Moskva ətrafında baş vermiş başqa bir qəzada McLaren markalı digər bir bahalı idman avtomobili tamamilə yanaraq yararsız hala düşmüşdü.
Ayaz