MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Aktrisa uzun fasilədən sonra ilk dəfə  görüntüləndi - Görün nə halda

“Qız nə istəyir?” filminin ulduzu Amanda Bayns uzun müddətdən sonra Kaliforniyada görüntülənib.

32gun.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

39 yaşlı aktrisa ağ rəngli kapşonlu sviter, dar tünd cins şalvar və qara-ağ idman ayaqqabısı geyinib. Onun obrazını dəri çanta tamamlayıb. Saçlarını açıq saxlayan Bayns makiyajında isə kömür rəngli göz qələmi ilə diqqət çəkib.

Xatırladaq ki, 2023-cü ilin mart ayında Amanda Bayns psixiatrik klinikaya yerləşdirilmişdi. O, Los-Anceles küçələrində çılpaq halda gəzərkən özü 911 xidmətinə zəng vurmuşdu.

Daha sonra – 17 iyun tarixində aktrisa ikinci dəfə, iyulun sonunda ambulator müalicəyə keçdikdən sonra isə üçüncü dəfə klinikaya yerləşdirilmişdi. Hazırda o, manikürçü kimi fəaliyyət göstərmək üçün təhsil alıb.

Nilay 

Oxşar Xəbərlər