DÜNYA ÖZ XƏBƏR

Tramp və Ərdoğan ABŞ–İran görüşünü gizli şəkildə təşkil etməyə çalışdı – KİV

ABŞ-ın sabiq prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ABŞ və İran rəsmilərinin İstanbulda gizli görüşünü təşkil etməyə çalışıblar.

32gun.az bildirir ki, bu barədə Axios portalı dörd mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, təşəbbüs uğursuzluğa düçar olub. Səbəb isə – İranın ali lideri Əli Xameneinin həyatına görə narahatlıq keçirməsi və planı razılaşdırmaq üçün onunla əlaqə qurulmasının mümkünsüzlüyü olub.

Tramp bu görüş vasitəsilə şəxsi təşəbbüsü ilə yeni nüvə sazişi imzalamaq və ABŞ-ın Yaxın Şərqdə hərbi müdaxilədən yayınmasını təmin etmək istəyib. Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan bu təklifi İran prezidenti Məsud Pəzəşkiyana və xarici işlər üzrə rəsmisi Abbas Ərakçıya çatdırıblar. Lakin onlar Xamenei ilə əlaqə qura bilməyiblər.

“Bir neçə saatdan sonra iranlılar türklərə bildirdilər ki, Xameneyidən razılıq ala bilmirlər. Daha sonra Türkiyə bu barədə ABŞ-a məlumat verdi və görüş ləğv olundu,” – deyə mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl də İran mətbuatı Xameneinin özünə və digər yüksəkvəzifəli şəxslərə varis təyin etdiyini və ölkədə təhlükəsizlik tədbirlərinin ciddi şəkildə gücləndirildiyini yazmışdı.

Ayaz 

Oxşar Xəbərlər