DÜNYA ÖZ XƏBƏR

Zelenski Haaqa səfər edib-etməyəcəyi ilə bağlı qərar verməyib – Trampla görüş də gündəmdədir

Ukrayna prezidenti Vladimir Zelenski 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitinə qatılıb-qatılmayacağı barədə hələ qərar vermədiyini bildirib.

32gun.az bildirir ki, Onun açıqlamasını TSN yayıb.

Dövlət başçısı qeyd edib ki, səfərin baş tutma ehtimalı yüksəkdir, lakin o, yekun qərarı sammit ərəfəsində verəcək:
“Şübhəsiz ki, bir neçə görüş keçirmək istəyirəm. Kral və Baş nazirdən də rəsmi dəvət var,” – deyə Zelenski vurğulayıb.

Bundan əvvəl o, Haaqada ABŞ-ın sabiq prezidenti Donald Trampla görüş ehtimalını da istisna etməmişdi. Zelenskinin sözlərinə görə, Trampla görüş çox vacibdir, lakin səfər onunla təmasa bağlı deyil. Əgər görüş baş tutarsa, liderlər Rusiyaya qarşı sanksiyalar və siyasi təzyiqlər mövzusunda fikir mübadiləsi aparacaqlar. Zelenski bu kontekstdə "diplomatik yolda yeni nəfəs"ə ehtiyac olduğunu bildirib.

Xatırladaq ki, bu həftə Kanadada keçirilən G7 sammiti yekun kommunikesiz başa çatıb. İştirakçı ölkələr, əsasən də Ukrayna münaqişəsinə dair məsələlərdə vahid mövqeyə gələ bilməyiblər. Medianın məlumatına görə, əsas fikir ayrılığı ABŞ-ın mövqeyi ilə bağlı olub. Tramp isə sammiti vaxtından əvvəl tərk edib və Zelenski ilə nəzərdə tutulan görüşü keçirməyib.

Ayaz 

Oxşar Xəbərlər