DÜNYA ÖZ XƏBƏR

Zelenski üç ildən sonra ilk dəfə kostyum geyindi

Ukrayna Prezidenti Vladimir Zelenski son üç ildə ilk dəfə rəsmi görüş üçün kostyum geyinib.

32gun.az xəbər verir ki, bu barədə fotoları Britaniyanın The Times nəşri yayıb.

Zelenski Böyük Britaniyaya səfəri zamanı kral III Çarlz ilə Vindzor qəsrində görüşüb. Ukrayna lideri ictimai tədbirə qara kostyum və ayaqqabıda gəlib, lakin qalstuk taxmayıb. Kral III Çarlz isə boz rəngli kostyum, ağ köynək və açıq rəngli qalstuk seçib.

Qeyd edək ki, iyunun 23-də Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer və Kral III Çarlz ilə görüş üçün Londona səfər edib. Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforovun sözlərinə görə, səfərin əsas məqsədi Kiyev və London arasında müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdir.

Ayaz 

Oxşar Xəbərlər