
Rusiyanın Tambov vilayətində ov zamanı faciə yaşanıb. Çelnavsk ov sahəsində baş verən hadisədə ovçu səhvən insanı vurub.
32gun.az bildirir ki, bu barədə bölgənin birləşmiş məhkəmə mətbuat xidməti məlumat yayıb.
2024-cü il dekabrın 9-da 58 yaşlı kişi vəhşi donuz ovuna çıxıb. Lakin o, kolların arasında gizlənmiş başqa bir ovçunu donuz zənn edərək bir dəfə atəş açıb. Güllə birbaşa həmin ovçuya dəyib.
Yaralı dərhal tibb müəssisəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 109.1-ci maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxs günahını tam etiraf edib və məhkəmə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.
Ayaz