DÜNYA ÖZ XƏBƏR

Stavropolda bir nəfərin insanlara atəş açması videoya düşüb

Stavropolda sakin küçədə insanlara və heyvanlara atəş açdı – saxlanılıb

Rusiyanın Stavropol vilayətində şok hadisə baş verib.

32gun.az Rusiya mediasına istinadən xəbər ki, Jeleznovodsk şəhərinin rəhbəri Yevgeni Bakulin sosial şəbəkələrdə yaydığı görüntülərdə bir şəxsin pəncərəyə travmatik silah qoyaraq küçədəki insanlara və heyvanlara atəş açdığını bildirib.

Kadrlarda kişinin pəncərədən silahla necə atəş açdığı aydın görünür. Hadisə nəticəsində kimin xəsarət alıb-almadığı barədə məlumat verilməyib. Həmçinin onun tanıdığı şəxsləri hədəfə alıb-almadığı da bəlli deyil.

Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Şübhəli şəxs artıq polis bölməsinə aparılıb.

“Hazırda baş vermiş hadisənin bütün halları araşdırılır,” – deyə rəsmi açıqlamada bildirilib.

Ayaz 

Oxşar Xəbərlər