DÜNYA ÖZ XƏBƏR

Tramp İranın cavab hücumlarına reaksiya verməyəcək – CNN

ABŞ Prezidenti Donald Tramp ölkəsini Yaxın Şərqdə yeni bir münaqişəyə sürükləmək istəmir və bu səbəbdən İranın ABŞ hərbi bazalarına endirdiyi cavab zərbələrinə qarşılıq vermək niyyətində deyil.

32gun.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp eyni zamanda zərurət yaranacağı təqdirdə münaqişənin eskalasiyasına da hazırdır. O qeyd edib ki, Vaşinqton ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna Tehranın cavab verəcəyini əvvəlcədən bilirdi.

“Biz onların cavab verəcəyini bilirdik. Onların reaksiyası Süleymaninin öldürülməsindən sonrakı cavaba bənzəyirdi,” – deyə rəsmi bildirib.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə, Trampın birinci prezidentliyi dövründə ABŞ hərbçiləri Bağdad hava limanında İranın tanınmış generalı Qasım Süleymanini öldürmüşdü. Bu hadisədən bir neçə gün sonra İran ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirmişdi.

Son olaraq, 23 iyun tarixində İran ordusu “Qələbə müjdəsi” adlı əməliyyat çərçivəsində Qətər istiqamətinə altı, İraq ərazisinə isə bir raket buraxıb. Hər iki ölkədə ABŞ hərbi bazaları yerləşir.

Ayxan 

Oxşar Xəbərlər