
Adanada 4,5 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana vilayətində zəlzələ qeydə alınıb.
32gun.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) yayıb.
Verilən açıqlamaya görə, 4,5 bal gücündə baş verən yeraltı təkanın episentri Adananın Saimbeyli rayonunda yerləşib. Zəlzələ yerli vaxtla 07:09-da qeydə alınıb. Yeraltı ocağın təxminən 6,96 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Zəlzələnin Saimbeyli rayonunun bir sıra yaşayış məntəqələrində hiss olunduğu qeyd olunub.
Ayaz