
ÖZ XƏBƏR
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun 109 min manatlıq tenderini ləğv etdilər
"Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" publik hüquqi şəxsi tərəfindən AutoCAD proqram təminatının lisenziyasının satın alınması məqsədilə elan edilən tender ləğv olunub.
32gun.az bildirir ki, satınalmada iştirak etmək üçün təklifi və təminatı təqdim etmiş, tələb olunan halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğuna görə (Dövlət Satınalmaları haqqında Qanunun 36.1.1-ci bəndi) tenderin keçirilməsi mümkün olmayıb.
Qeyd edək ki, Ehtimal olunan qiymət 109.490,63 AZN idi.
Ayaz