
"Baku Coffee Co” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti tədbiri çərçivəsində 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az xəbər verir ki, sanksiya Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı tərtib olunmuş akt əsasında verilib.
Qanunvericiliyə əsasən, nağd hesablaşmalarda ciddi uçot sənədlərinin tətbiqi və vergi uçotunun şəffaf aparılması tələb olunur. Müvafiq pozuntuya görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə cəzası müəyyən edilir.
“Baku Coffee Co” MMC-nin qanuni təmsilçisi Anar Məmmədov Ruslan oğludur.
Ayaz