
Dağıstanda vəzifəli şəxslərdən birinə qarşı aparılan istintaq tədbirləri ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
32gun.az xəbər verir ki, region rəhbərliyinin açıqlamasında vurğulanır: “Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər mövcud qanunvericiliyə tam uyğun şəkildə aparılır.”
Qeyd olunur ki, respublika rəhbərliyi hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq şəraitində çalışır, bölgədə qanunçuluq və asayişin təmin olunması məqsədilə istintaq orqanlarına obyektiv araşdırmaların aparılmasında hərtərəfli dəstək göstərilir.
Rəsmi qurumlar cəmiyyətə yalnız təsdiqlənmiş məlumatların təqdim olunacağını bildiriblər. Açıqlamada jurnalistlərə və bloqerlərə müraciət edilərək, vaxtından əvvəl nəticə çıxarmamağa və təsdiqlənməmiş məlumatları yaymamağa çağırış edilib.
Nilay