
Leninqrad vilayətinin Volosovo rayonunda qulaqlıqla dəmir yolu boyunca gedən yeniyetmə qatarın altında qalıb.
32gun.az xəbər verir ki, bu barədə 78.ru saytı məlumat yayıb.
Hadisə Rjevka stansiyasında baş verib. 15 yaşlı məktəbli dəmir yolu ilə hərəkət edərkən yaxınlaşan qatarı eşitməyib. Qatar maşinisti onu gördükdən sonra səs siqnalları verib və təcili tormozlama tətbiq etsə də, toqquşmanın qarşısını almaq mümkün olmayıb.
İlkin məlumata görə, yeniyetmənin qulaqlıq taxdığı bildirilib. O, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, son günlərdə Rusiyada qulaqlıq səbəbindən baş verən ikinci oxşar hadisədir. Bundan əvvəl Krasnodarda 38 yaşlı kişi Murmansk–Novorossiysk qatarı tərəfindən vurulub. O da dəmir yolunu keçərkən qulaqlıq taxdığı üçün səs siqnallarını eşitməmişdi. Yaralı xəstəxanaya yerləşdirilib.
Ayaz