
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti obyektləri üzrə Yanğından Mühafizə İdarəsi yeni nəqliyyat vasitələrinin alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, tender xidməti minik avtomobillərinin alınmasını nəzərdə tutur. Layihənin ehtimal olunan qiyməti 827.439,00 manat təşkil edir.
Satınalma proseduru “Dövlət satınalmaları haqqında” qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Hələlik tenderin nəticələri barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, alınacaq avtomobillər FHN-in neft obyektlərində yanğın təhlükəsizliyini təmin edən strukturuna xidmət edəcək.
Ayaz