HADİSƏ
Bakıda restoranlardan birində yanğın baş verib / VİDEO
Bakının Mirzağa Əliyev küçəsində yerləşən restoranlardan birində yanğın hadisəsi qeydə alınıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, yanğın restoranın manqal hissəsində başlayıb. Alov qısa müddətdə ətrafa yayılıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Əraziyə hüquq-mühafizə orqanları da cəlb olunub, hadisənin səbəbləri araşdırılır.
Ayaz
.
.
.
.