DÜNYA ÖZ XƏBƏR

34 ildən sonra ilk dəfə ayı ovuna rəsmi icazə verilib

Belarusda iyulun 1-dən başlayaraq boz ayılara ov rəsmi şəkildə icazə veriləcək.

32gun.az bildirir ki, bu barədə ölkənin Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

1991-ci ildən sonra ilk dəfə olaraq bu qərar, ayıların sayının əhəmiyyətli dərəcədə artması səbəbindən qəbul olunub. Ov mövsümü dekabrın 31-dək davam edəcək.

Qaydalar üzrə, ayılar istənilən yaşda odlu silahla, pusquda və ya rəhbərin müşayiəti ilə yaxınlaşaraq ovlana bilər. Ovda iştirak etmək üçün ən azı 3 illik təcrübəsi olan peşəkar ovçular tələb olunur.

Nazirlik bildirir ki, bu tədbirlər ayılar ilə yerli əhali arasındakı qarşıdurmaların qarşısını almaq məqsədi daşıyır. Ekoloqların məlumatına görə, Belarus meşələrində ayıların sayı son illərdə ciddi şəkildə artıb və bu, sərhəd rayonlarında yaşayanlar üçün potensial təhlükə yaradır.

Ayaz 

Oxşar Xəbərlər