DÜNYA ÖZ XƏBƏR

İzmir və Hatayda meşə yanğınları ilə mübarizə davam edir!

Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə mübarizə davam edir. Prezident Ərdoğan yanğınlarla əlaqədar 10 nəfərin həbs olunduğunu açıqlayıb.

32gun.az xəbər verir ki, Yanğında yaralanan 21 nəfərin müalicəsi ambulator şəraitdə davam etdirilir.

İzmirin Seferihisar və Menderes rayonlarında, eləcə də Hatayın Antakya bölgəsində yanğınlara havadan və qurudan müdaxilə edilir. Təxminən 1800 sakin təhlükəsiz ərazilərə təxliyə olunub, 160-dan çox evə ziyan dəyib. Yanğınların səbəbi araşdırılır, hazırda can itkisi yoxdur.

Nilay 

Oxşar Xəbərlər