
Ümummilli lider Heydər Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə 2001-ci il 9 yanvar tarixində Moskva şəhərində Kremldə keçirilən görüşünə aid köhnə görüntü sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
32gun.az xəbər verir ki, görüntülərdə Vladimir Putinin Heydər Əliyevlə görüş zamanı stula yaxınlaşsa da, cürət edib əyləşmədiyi açıq görünür.
Sosial platformalarda sürətlə yayılan videoya minlərlə baxış toplanıb, böyük maraq doğurub. Həmin görüşdə Vladimir Putin artıq Rusiya Federasiyasının prezidenti idi və Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti kimi rəsmi səfərdə idi.
Ayaz
-->