DÜNYA ÖZ XƏBƏR

İsrailə Yəməndən raket atılıb, hava hücumları davam edir

İsrail hərbçiləri Yəməndən İsrail istiqamətində yeni raket buraxılışını qeydə alıblar.

32gun.az xəbər verir kiz bu barədə İsrail Müdafiə Ordusunun (Tzahal) rəsmi Telegram-kanalında məlumat verilib.

Bildirilir ki, ölkənin bir neçə bölgəsində təcili siqnallar çalınıb. İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi havada vuraraq zərərsizləşdirib.

Qeyd edək ki, 15 iyun tarixində Tzahalın rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtına hava zərbələri endirib.

İyunun 13-nə keçən gecə İsrail “Dirilən Şir” əməliyyatına başlayaraq İranın nüvə və hərbi obyektlərinə hücumlar həyata keçirib. İran buna cavab olaraq “Doğru Söz — 3” əməliyyatını başlatmış və İsraildə hərbi hədəflərə zərbələr endirir.

İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri də İrana qarşı əməliyyatlara qoşulub. Eks-prezident Donald Tramp bildirib ki, hücumda İranın üç nüvə obyekti, o cümlədən uranın zənginləşdirildiyi Fordo zavodu vurulub.

Ayaz 

Oxşar Xəbərlər