.webp)
Antalyada narkotik asılısı olduğu iddia edilən şəxs evini yandırdı
Antalyanın Kepez mahaləsində yerləşən bir binanın ikinci mərtəbəsində yanğın baş verib. 32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın vaxtında müdaxilə nəticəsində böyümədən söndürülüb, lakin mənzilin mətbəx hissəsi yararsız hala düşüb.
Evin sahibi Ali A. yanğını narkotik asılısı olan 34 yaşlı oğlu B.A-nın törətdiyini bildirib. O, oğlunun dəfələrlə evlərini yandırmaqla hədələdiyini, hadisə zamanı şəhər xaricində olduğunu qeyd edib.
Ali A. oğlunun dəfələrlə şikayət olunmasına baxmayaraq sərbəst buraxıldığını və bu səbəbdən ailəsinin təhlükədə olduğunu vurğulayıb: “Bizi bitirdi, hər kəsə zərər verir.”
Hadisə yerinə gələn anası da göz yaşlarını saxlaya bilməyib və oğlunun bir daha geri qayıtmamasını arzulayıb.
Ayaz