.webp)
Türkiyənin Dənizli vilayətinin Pamukkale mahaləsində 65 yaşlı Halit Gürbüz yaşadığı binanın damında, dəmir konstruksiyalara iplə asılmış vəziyyətdə ölü tapılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Topraklık məhəlləsində baş verib. Mərhumun meyiti onun oğlu tərəfindən aşkarlanıb.
Dərhal əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Tibbi müayinədən sonra Halit Gürbüzün həyatını itirdiyi təsdiqlənib.
Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Ayaz