
ABŞ-ın Kaliforniya ştatının Yolo mahalında fişəng anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində yanğın başlayıb.
32gun.az bildirir ki, bu barədə Yolo mahalı şerif idarəsi sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, hadisə Esporto və Madison yaşayış məntəqələrinin yaxınlığında qeydə alınıb.
“Fövqəladə hallarla mübarizə qruplarının təhlükəsiz fəaliyyətini təmin etmək üçün hər kəsi bu ərazidən uzaq durmağa çağırırıq. Hadisə yerinin ətrafında 1 mil (1,6 km) radiusunda təxliyə zonası yaradılıb”, – deyə açıqlamada qeyd olunub.
Hadisənin səbəbləri və detalları hələlik məlum deyil.
Qeyd edək ki, iyunun 16-da Çinin cənubundakı Hunan vilayətində də fişəng fabriki partlayıb. Hadisə səhər saat 08:23 radələrində Şançjou kəndinin yaxınlığında baş verib. Nəticədə göyə “göbələk” formasında qara tüstü qalxıb, həmin anlar şahidlər tərəfindən lentə alınıb.
Ayaz