DÜNYA ÖZ XƏBƏR

ABŞ-ın sabiq prezidentinin səhhəti ilə bağlı Konqresdə ifadələr veriləcək

ABŞ-ın keçmiş prezidenti Co Baydenin səhhəti ilə bağlı Konqresdə ifadələr veriləcək.

32gun.az bildirir ki, bu barədə Politico qəzeti məlumat yayıb.

Bildirilir ki, Ağ Evin keçmiş aparat rəhbəri Ron Kleyn də daxil olmaqla daha dörd sabiq administrasiya rəsmisi Baydenin səhhəti barədə ifadə verməyə razılıq verib.

Məlumata görə, Ron Kleyn 24 iyulda Konqres qarşısında çıxış edəcək. Onun ardınca prezidentin sabiq müşaviri Stiv Riketti 30 iyulda, sabiq baş müşavir Mayk Donilon 31 iyulda, Ağ Ev aparat rəhbərinin keçmiş müavini Bryus Rid 5 avqustda, prezidentin digər sabiq müşaviri Anita Dann isə 7 avqustda ifadə verəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatında Co Baydenin idrak sağlamlığı ilə bağlı dinləmələrə start verilib. İlk iclasda Heritage Foundation analitik mərkəzinin hüquq və texnologiya siyasəti üzrə elmi əməkdaşı Teodor Uold, sabiq prezident Donald Trampın keçmiş mətbuat katibi Şon Spayser və Virciniya Universitetinin hüquq professoru Con Harrison çıxış ediblər.

Ayaz 

Oxşar Xəbərlər