DÜNYA ÖZ XƏBƏR

Nümayəndələr Palatasının Demokratları kürsüdə səkkiz saatdan çox danışıb

ABŞ Konqresində Trampın vergi-büdcə layihəsi ilə bağlı gərginlik artır

ABŞ Konqresində sabiq prezident Donald Trampın təşəbbüsü ilə hazırlanmış vergi və büdcə qanun layihəsi ətrafında mübarizə qızışır.

32gun.az Financial Times-a istinadən yazır ki, demokratlar sənədin qəbulunu yubatmaq üçün simvolik etiraz aksiyası keçiriblər. Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Jeffries 5-dən əvvəl tribunaya çıxaraq 8 saatdan çox çıxış edib.

Jeffries bildirib ki, layihə milyonlarla insanın səhiyyə, ərzaq yardımı və təhsil kimi sosial proqramlara çıxışını riskə atır. Tramp isə qanun layihəsini “tarixdəki ən mühüm qanunlardan biri” adlandırıb.

Sənəd Trampın əvvəlki dövründə tətbiq edilmiş vergi güzəştlərinin uzadılmasını, lakin Medicaid və digər sosial proqramlarda ciddi ixtisarları nəzərdə tutur. Layihə həmçinin Bayden administrasiyasının yaşıl enerji sahəsinə verdiyi stimulları ləğv edir və müdafiə ilə sərhəd mühafizəsinə daha çox vəsait ayırır.

Sənəd Nümayəndələr Palatasında 219 lehinə, 213 əleyhinə səslə son səsverməyə çıxarılıb. Respublikaçılar cüzi üstünlüyə malik olduqlarından, yalnız üç səs itirmək imkanına sahibdirlər.

Konservativ qanad sənədin dövlət borcunun azaldılmasında kifayət qədər irəli getmədiyini bildirir. CBO-nun hesablamalarına görə, qanun layihəsi 10 il ərzində büdcə kəsirini 3,4 trilyon dollar artıracaq. Mülayim respublikaçılar isə Medicaid-in kəskin ixtisarına görə təqribən 12 milyon insanın tibbi sığortasız qalmasından narahatdırlar.

Ağ Ev isə bildirib ki, sənəd uzunmüddətli dövrdə iqtisadi artım hesabına özünü doğruldacaq. Tramp isə daxildəki müxalifəti sərt tənqid edərək, bunun partiyaya səslərə başa gələ biləcəyini vurğulayıb.

Ayaz 

Oxşar Xəbərlər