ÖZ XƏBƏR

“Coffee Nuestro"-yə 4 dəfə maliyyə sanksiyası tətbiq edilib / Pul haqq-hesabı

“Coffee Nuestro” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Coffee Nuestro restoranlar şəbəkəsi) operativ vergi nəzarəti çərçivəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbindən 4 ayrı akt üzrə hər biri 1000 manat olmaqla ümumilikdə 4000 manat maliyyə sanksiyası tətbiq edilib.

32gun.az xəbər verir ki, bu cərimələr “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar əsasında vergi orqanları tərəfindən rəsmiləşdirilib.

Qanunvericiliyə əsasən, belə pozuntular ciddi inzibati məsuliyyətə səbəb olur.

Qeyd edək ki, "Coffee Nuestro"nun qanuni təmsilçisi Rövşən Səfərli Seymur Oğludur.

 

Ayaz 

Oxşar Xəbərlər