
ABŞ prezidenti Donald Tramp özünün bildirib ki, milyarder İlon Mask ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli İdarəsi (NASA) rəhbəri vəzifəsinə yaxın dostunun təyin olunmasını istəyib.
32gun.az xəbər verir ki, o Truth Social sosial şəbəkəsində məlumat verib.
Trampın sözlərinə görə, həmin şəxs "çox yaxşı biri" olsa da, "demokratların saf qanlısı"dır və heç vaxt Respublikaçılar Partiyasına maliyyə dəstəyi verməyib. Prezident əlavə edib ki, bəlkə də Mask özü də bu qəbildəndir.
“Mən həmçinin hesab etdim ki, İlonun kosmik sənayedə çalışan yaxın dostunun NASA-ya rəhbərlik etməsi məqsədəuyğun deyil. Çünki bu qurum İlonun korporativ həyatı üçün son dərəcə mühüm rol oynayır”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, iyunun əvvəlində amerikalı sahibkar Cared Ayzekman Trampın onu NASA rəhbərliyinə namizədlikdən geri çəkməsinin səbəbini şərh edib. Öz podkastında çıxış edən Ayzekman bildirib ki, bəzi şəxslərin şəxsi maraqları olub və o, “yaxşı və diqqətçəkən hədəf”ə çevrilib. Onun sözlərinə görə, bu qərar barədə ona zəng edən şəxs Trampın “başqa istiqamətə yönəlmək” istədiyini və bunun səbəbinin Ayzekmanın İlon Maskla əlaqəli olması ilə bağlı olduğunu deyib.
Ayaz