
Sumqayıt Ağac Emalı ASC-nin vergi borcu üzə çıxıb
32gun.az xəbər verir ki, Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin 21.790,33 AZN məbləğində vergi borcu yaranıb.
Bildirək ki, nizamnamə kapitalı 52.374 AZN olan şirkətin qanuni təmsilçisi Qeys Kərimov Rza oğludur.
Xatırladaq ki, Qeys Kərimov Rza oğlu Sumqayıt Ağac Emalı ASC-nin İdarə Heyətinin sədri kimi tanınır. O, illər öncə müəssisəni özəlləşdirərək sahibkarlıq fəaliyyətinə başlayıb və adı müxtəlif dövrlərdə banklarla olan kredit münasibətləri, girov qoyulan əmlaklar və biznes mübahisələri ilə bağlı mətbuatda hallanıb. Xüsusilə, AGBank-la yaşanan maliyyə mübahisələri və girov məsələsi ictimai müzakirələrə səbəb olmuşdu.
Həmçinin, onun adı sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla birgə Sumqayıt Ağac Emalı ASC-yə aid səhmlərin ələ keçirilməsi və müəssisəyə nəzarət uğrunda aparılan mübahisələr fonunda da hallanıb. İddialara görə, Eldar Mahmudov və yaxın çevrəsi bu proseslərdə təsir imkanlarından istifadə edərək müəssisənin paylarını qeyri-qanuni yollarla ələ keçirməyə çalışıblar. Qeys Kərimov isə bütün bu ittihamları rədd edərək əməliyyatların qanuni əsaslarla aparıldığını bildirib.
Ayaz