
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası gündəlik fəaliyyətin təmin edilməsi məqsədilə müxtəlif adda mal-materiallar, təmizlik vasitələri, ofis ləvazimatları və təsərrüfat mallarının satınalınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 191.160,47 manat təşkil edir.
Alınacaq mallar arasında mop sapları (130 sm), plastik kanalizasiya boruları üçün rezinlər (50-lik), baçok şlanqları, taxta şkaf dəstəkləri, kreslo üçün plastmas təkərlər, 5 litrlik maşın yuma şampunları (parlatıcı və çirk aparan tərkibli), alçıpan üçün şurublar və digər müxtəlif təsərrüfat vasitələri yer alır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rektoru general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.
Ayaz