
“Sterling Holding” MMC-nin həm vergi borcu var, həm də riskli vergi ödəyicisidir
“Sterling Holding” Məhdud Məsuliyyətli Cəmiyyətində vergi ilə bağlı pozuntular aşkarlanıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin borcu 28.209,51 manat məbləğindədir.
Əldə etdiyimiz digər məlumata görə, şirkət riskli vergi ödəyicisi kimi də qeydə alınıb.
Qanuni təmsilçisi Eşqin Hüseynli Cahangir oğludur. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
Qeyd edək ki, riskli vergi ödəyicisi statusu vergi qanunvericiliyinin pozulması, formal fəaliyyət, şübhəli əməliyyatlar və ya şəffaflıqdan uzaq dövriyyələr zamanı tətbiq olunur və belə müəssisələrə qarşı gücləndirilmiş nəzarət tədbirləri görülür.
Ayaz