DÜNYA ÖZ XƏBƏR

Çin Müdafiə Nazirliyi: Tayvanın “Hanquan” təlimləri yenidən birləşmənin qarşısını ala bilməz

Tayvanda keçiriləcək “Hanquan” hərbi təlimləri Çin Xalq Respublikasının Silahlı Qüvvələrini və ölkənin tarixi yenidən birləşmə prosesini dayandıra bilməz.

32gun.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tszian Bin məlumat verib. 

“Onlar hansı manevrləri etsələr də, hansı silahlardan istifadə etsələr də, bu, Çin Xalq Azadlıq Ordusunun Tayvanın müstəqilliyi hərəkatına qarşı yönəlmiş iti qılıncını dayandıra bilməyəcək”, – deyə o vurğulayıb.

Tszian Bin təlimlərin “blef və özünüaldatma” olduğunu bildirib və əlavə edib ki, ayrılmış respublikanın hər il keçirdiyi bu cür manevrlər ölkənin labüd tarixi birliyinin qarşısını ala bilməz.

Qeyd edək ki, “Hanquan” təlimləri Tayvanda 9-18 iyul tarixlərində keçiriləcək. Plan üzrə ssenaridə blokada və işğal vəziyyəti canlandırılacaq, hərbçilər dəqiq zərbələrin dəniz və hava vasitəsilə endirilməsi üzərində məşq edəcəklər.

Ayaz

Oxşar Xəbərlər