
ÖZ XƏBƏR
Əsgər anasının göz yaşları sosial şəbəkələri duyğulandırdı – Oğlunun təsəllisi ürəkləri oxşadı
Sosial şəbəkələrdə paylaşılan görüntülər geniş rezonans doğurub.
32gun.az xəbər verir ki, hərbi xidmətə yola düşən gəncin anasının onu göz yaşları ilə yola salması izləyiciləri duyğulandırıb.
Videoda ananın ağladığı, lakin oğlunun onu qucaqlayaraq təsəlli etməsi əks olunub. Gənc əsgərin “ağlama, ana” deyə verdiyi reaksiya və anasına göstərdiyi sevgi ürəkləri oxşayıb.
Görüntü qısa zamanda minlərlə izlənmə toplayaraq sosial şəbəkələrdə viral olub. İstifadəçilər bu səhnənin Azərbaycan analarının və oğullarının vətən sevgisinin bariz nümunəsi olduğunu qeyd ediblər.
Ayaz