SOSIAL VİDEO ÖZ XƏBƏR

Naiq Məmmədhəsənovun rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxıb

Üzümçülük və şərabçılıqla məşğul olan “Naiqin -K Tovuz-Baltiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb.

"32gun.az" xəbər verir ki, şirkətin dövlətə borcu 363 min manatı ötüb (yəni 363 min  827 manat 76 qəpik) Şirkətin qanuni təmsilçisi Rakif Tağıyev Musa oğludur. O, həmçinin icraçı direktor vəzifəsini də icra edir.Qeyd edək ki, şirkətin təsisçisi və baş direktoru Naiq Məmmədhəsənov, onun qızı Günel Məhəmmədhəsənova da rəhbər postdadır. Günel Məmmədhəsənova eyni zamanda “Tovuz-Baltiya” MMC-nin Fransadakı nümayəndəliyi olan “Azeri-Frans” şirkətinin də baş direktorudur.

Ayaz 

.

.

.

.

.

.

Oxşar Xəbərlər