DÜNYA ÖZ XƏBƏR

Fransa ABŞ-dan sənəd gözləyir: basketbolçu Kasatkin ekstradisiya ediləcək

Rusiya vətəndaşı, 26 yaşlı basketbolçu Daniil Kasatkin ABŞ-ın tələbi ilə Fransada müvəqqəti saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.

Məlumata görə, Kasatkin 21 iyun tarixində Paris hava limanında saxlanılıb. Onun saxlanılması ABŞ hakimiyyət orqanlarının ilkin sorğusu əsasında həyata keçirilib.

Amerika tərəfi iddia edir ki, idmançı haker şəbəkəsinin üzvü olub və bu şəbəkə "ransomware" (şantaj proqramları) vasitəsilə fəaliyyət göstərib. Lakin Kasatkin ittihamları rədd edir.

Hazırda fransız tərəfi ABŞ-dan ekstradisiya üçün lazım olan sənədləri gözləyir. Sənədlər təqdim edildikdən sonra Kasatkinin ABŞ-a təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, VTB Birləşmiş Basketbol Liqası məsələ ilə bağlı açıqlama yayaraq, Kasatkinin ətrafında baş verən hadisələri diqqətdə saxladıqlarını bildirib.

Ayaz 

Oxşar Xəbərlər