DÜNYA ÖZ XƏBƏR

Fransa Apellyasiya Məhkəməsi jurnalist Nataşa Reyi təmizə çıxardı

Fransa Apellyasiya Məhkəməsi jurnalist Nataşa Reyi ölkənin birinci xanımı Briqit Makrona qarşı böhtan ittihamı ilə bağlı təqsirsiz hesab edib.

32gun.az xəbər verir ki, bu barədə Reyin vəkili Fransua Danqlean sosial şəbəkə X-də məhkəmənin qərarını paylaşaraq məlumat yayıb.

İddia 2023-cü ildə Reyin Briqit Makronun bioloji cinsi ilə bağlı şübhələrini ifadə etdiyi paylaşımlarla əlaqədar qaldırılmışdı. Vəkilin sözlərinə görə, Rey indi Briqit Makrona və onun vəkili Jan-Mişel Troniyə qarşı “məhkəmə prosesindən sui-istifadə” ittihamı ilə qarşılıqlı iddia hazırlayır.

Xatırladaq ki, bu ilin mayında Nataşa Rey işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) daşıyıb.

2024-cü ilin fevralında vəkili açıqlamışdı ki, Rey Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoydan siyasi sığınacaq istəyib. Jurnalistin sözlərinə görə, o, Fransa tərəfindən Briqit Makronla bağlı apardığı araşdırmaya görə hüquqi təzyiqlərə məruz qalıb. Rey iddia edirdi ki, Briqit Makronun əsl adı Jan-Mişel Troniyə olub və o, Ketrin Ozyerə (Briqitin ilk əri Andre-Lui Ozyerin keçmiş həyat yoldaşı) evlənib, bu nikahdan üç övlad dünyaya gəlib.

2024-cü ilin sentyabrında Paris məhkəməsi Reyi və “medium” Amandin Ruanı 14 min avro cərimələmiş, Briqit Makrona 8 min avro, onun qardaşına isə 5 min avro mənəvi təzminat ödənilməsinə qərar vermişdi. Həmçinin, hər iki şəxsə əlavə olaraq 500 avro məbləğində cərimə tətbiq olunmuşdu.

Ayxan 

Oxşar Xəbərlər