
Türkiyənin Kocaeli vilayətinin Dərincə mahalında uşaqların səs-küyü səbəbindən qonşular arasında baş verən mübahisə qanlı hadisə ilə nəticələnib. 32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın bıçaqlanıb, şübhəli şəxs isə tutularaq həbs edilib.
Hadisə dünən axşam saatlarında Yenikent məhəlləsində, Metalciler küçəsində yerləşən bir binada baş verib. İddialara görə, binada alt və üst mərtəbələrdə yaşayan qonşular arasında uşaqların yaratdığı səs-küy səbəbindən mübahisə yaranıb. Mübahisənin qısa müddətdə şiddətlənməsi nəticəsində alt mərtəbədə yaşayan A.A. əlindəki bıçaqla qonşusu Ajda Ş.-ni qarın nahiyəsindən bıçaqlayıb.
Hadisə barədə məlumat alan polis və təcili tibbi yardım əməkdaşları dərhal əraziyə cəlb olunub. Yaralanan qadın Derince Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb. Hadisəni törədən A.A. polis tərəfindən saxlanılıb. Onun barəsində aparılan istintaq hərəkətlərindən sonra A.A. məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Ayaz