DÜNYA ÖZ XƏBƏR

Fransa nüvə silahı ilə bağlı Avropa İttifaqı ilə dialoqa başlayacaq

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ilə ölkəsinin nüvə arsenalının təhlükəsizlik sahəsindəki roluna dair dialoqa başlayacağını bəyan edib.

32gun.az xəbər verir ki, bu barədə məlumatı Yelisey sarayının mətbuat xidməti sosial şəbəkə X-də yayıb.

Makronun sözlərinə görə, Fransa nüvə silahlarının rolunu tam qiymətləndirmək üçün müdafiə nazirinə, bu məsələyə hazır olan Avropa tərəfdaşları ilə strateji dialoqu başlatmaq tapşırılıb.

“Bu məsələyə ilin sonunda qayıdacağam və görülən işlərin gedişini qiymətləndirəcəyəm,” – deyə Fransa Prezidenti bildirib.

Ayaz 

Oxşar Xəbərlər