
10 manatlıq şirkıtin 1.3 milyon AZN vergi borcu üzə çıxdı - Sahibi görün kimdir
"RESALON TN" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyinin tələblərini pozduğuna görə riskli vergi ödəyicisi elan olunub.
32gun.az xəbər verir ki, şirkət Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl etmədiyinə görə Vergilər Nazirliyi tərəfindən riskli vergi ödəyiciləri siyahısına daxil edilib. Bu status vergi öhdəliklərinin yerinə yetirilməməsi, qeyri-şəffaf maliyyə əməliyyatları və digər ciddi pozuntular əsasında tətbiq olunur.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin dövlət büdcəsinə külli miqdarda - 1376529.36 AZN vergi borcu da mövcuddur.
"RESALON TN" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə HÜSEYN MƏMMƏDOV ASİM oğludur.
Qeyd edək ki, riskli vergi ödəyicisi statusuna malik şirkətlərlə əməkdaşlıq edən digər vergi ödəyiciləri də nəzarət altına alına və əlavə vergi riskləri ilə üzləşə bilərlər.
Ayaz