ÖZ XƏBƏR

Xurcun Mağazalar Şəbəkəsinə aid şirkətdə DVX yoxlama apardı

 "HZ Qida Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Xurcun Mağazalar Şəbəkəsi – Kafe) operativ vergi nəzarəti çərçivəsində aparılan yoxlama nəticəsində 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

32gun.az-ın məlumatına görə, Cəriməyə səbəb əhali ilə aparılan pul hesablaşmalarında qanunvericiliyin tələblərinə riayət edilməməsi olub. Vergi orqanları tərəfindən tərtib olunan AKT-a əsasən, müəssisənin bu sahədə yol verdiyi pozuntular qeydə alınıb.

Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir və qanuni təmsilçisi Hikmət Abdullayev Cəlal oğludur. Maraqlıdır ki, eyni şəxs həmçinin "XURCUN CHAIN OF BOUTIQUES" MMC-nin də qanuni təmsilçisidir.

Vergi nəzarəti tədbirləri çərçivəsində belə halların qarşısının alınması istiqamətində yoxlamaların davam etdiriləcəyi gözlənilir.

Ayaz

Oxşar Xəbərlər