
Dövlətdən pul gizlətmək istəyən şirkət yarım milyon manat cərimələndi
"Aferol Qida" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergi orqanları tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı ciddi maliyyə pozuntuları müəyyən edilib.
32gun.az-ın əldə etdiyi m\lumata görə, pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, həmçinin malların Vergi Məcəlləsində nəzərdə tutulan qaydalara zidd olaraq qaimə-fakturasız və ya elektron vergi sənədləri olmadan alınması faktları aşkarlanıb. Bu hallar üzrə tərtib olunmuş AKT-a əsasən, şirkətə 500,326.52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Bundan əlavə, müəssisənin ümumi vergi borcu 499,693.87 manat təşkil edir. Nəticədə, şirkətin dövlət büdcəsi qarşısında ümumi maliyyə öhdəlikləri təxminən 1 milyon manata yaxınlaşır.
"Aferol Qida" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon, ev 40, mənzil 55-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rafiq Hacıyev Namig oğludur.
Ayaz